Dünya Şahmat Federasiyası (FİDE) Vüqar Həşimov Şahmat Akademiyasının fəaliyyətini rəsmi olaraq təsdiqləyib.
Apasport.az saytının məlumatına görə, mərhum Azərbaycan qrossmeysteri Vüqar Həşimovun adını daşıyan akademiya FİDE tərəfindən təsdiqlənən analoji müəssisələr siyahısına daxil olub.
Bu, Azərbaycan şahmatında ilk belə hadisədir. Bununla da ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarus kimi ölkələrin sırasına Azərbaycan da qoşulub. Bu, dünyanın ən güclü şahmatçıları sırasında yer almış Vüqar Həşimovun adını daşıyan akademiyaya öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında dalğalandırmaq imkanı verib.
Qeyd edək ki, Azərbaycanı Avropa Kubokunda da ilk dəfə “Vüqar Həşimov” klubu təmsil edəcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”