AVRO-2020-nin Portuqaliya – Almaniya oyununda iki antirekord rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bu matç iki avtoqolun qeydə alındığı ilk matç kimi Avropa çempionatlarının tarixinə düşüb.
İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol qeydə alınmayıb. Hər iki qolu Portuqaliya millisi öz qapısına vurub.
Son Avropa çempionu bir matçda 2 dəfə belə uğursuzluq yaşayan ilk komanda olub. Öncə Ruben Dias, ardınca Rafael Qerrero öz qapısına qol vurub.
Bununla da AVRO-2020-dəki avtoqol sayı 5-ə çatıb. Daha öncə Merih Demiral (Türkiyə), Mats Hummels (Almaniya) və Voytseh Şensnı (Polşa) qapıları səhv salıb.
Bu göstərici də yeni antirekorddur. Ən çox avtoqol AVRO-2016-ya təsadüf etmişdi – 3 dəfə.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”