Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, hər iki yığmamız ölkə xaricində toplanış keçir.
Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə məşqlərə başlayıb. “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıqda bir neçə ölkənin komandası iştirak edir. Toplanış prosesi fevralın 25-dək davam edəcək.
Sərbəst güləş üzrə millimiz isə Dağıstana yollanıb. Mahaçqalada keçirilən toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edir. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”