Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplantısında iştirak edir.
Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Samsun toplanışına perspektivli gənc cüdoçularımızla yanaşı qardaş Türkiyənin də milli komandasının üzvləri qatılıblar.
Gənclərdən ibarət millinin üzvləri məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.
Qeyd edək ki, gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb