Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.
Yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və Murad Fətiyev qüvvəsini sınayıb. Heydərov 1/8 finalda belçikalı Mattias Kasseyə, Fətiyev isə 1/16 finalda türkiyəli Vedat Albayraka məğlub olaraq mübarizəni erkən başa vurub.
Qeyd edək ki, Avropa çempionatına 9 cüdoçu ilə qatılan Azərbaycan millisinin heyətində dünən Kəramət Hüseynov (60 kq) bürünc medalını qazanıb. Qitə birinciliyinə aprelin 18-də yekun vurulacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”