Daha 3 idmançının nəticəsi ləğv olundu - AMADA
22.12.2020 - 12:24
Daha 3 idmançının nəticəsi ləğv olundu - AMADA

2020-ci ildə Azərbaycanın daha 3 idmançısının nəticəsi ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bundan əvvəl 6 idman növü üzrə 12 idmançının nəticələri ləğv olunmuşdu. Son olaraq bu siyahıya daha 3 idmançı əlavə olunub.