Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın 4-cü günündə Azərbaycan millisinin daha bir üzvü 1/4 finala yüksəlib.
Boksçumuz Kamil Babayev (54 kq) Krobeddu Fabionu (İtaliya) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında belaruslu Vladislav Smalovski ilə üz-üzə gələcək.
Babayevdən fərqli, Zaur Qəhrəmanov (60 kq) Slavador Floresə (İspaniya), Qulu Quliyev (63,5 kq) Andrey Mustetə (Rumıniya) uduzaraq, yarışla vidalaşıblar.
Qeyd edək ki, oktyabrın 20-də baş tutacaq 1/4 final mərhələsi çərçivəsində yığmamızın 5 boksçusu rinqə çıxacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib