Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin keçirilir.
Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdıran Məsud Yusifzadə (51 kq) bu gün 1/8 finalda puerto-rikolu Yankiel Rivera ilə döyüşüb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.
1/16 finalda Soma Mesterə (Macarıstan) qalib gələn Mirşərif Kazımzadə (75 kq) ikinci sınağında Səidcəmşid Cəfərovla (Özbəkistan) gücünü yoxlayıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz dünya çempionatında çıxışını dayandırıb.
Qeyd edək ki, sabah baş tutacaq 1/4 finalda Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayevlə (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək