Cüdo üzrə Azərbayan yığması Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə daha bir itki ilə üzləşib.
Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançımız İmran Yusifov (+100 kq) təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxdığından yarışlardan kənarlaşdırılıb.
Bundan öncə İmran Yusifovda Bakıda bir, Portuqaliyada isə iki test götürülüb və hamısının nəticəsi neqativ olub. Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.
İmran Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur.
Nəticədə Qran-prinin son günündə Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, Almadadakı yarışa 13 cüdoçumuz sifariş olunsa da, koronavirusa yoluxmalar və texniki problemlər üzündən onlardan yalnız 5-i turnirə qatılmışdı. Onların sayı artıq 4-ə enib. Təmsilçilərimizdən hələlik Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib