Daha iki milli komanda AVRO-2020-nin heyətini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Fransa və İsveç yığmasının qitə birinciliyinə yollanacaq 26 oyunçusunun adı müəyyənləşib.
Fransızlarda hücumçu Kərim Benzema uzun fasilədən sonra dəvət alıbsa, isveçlilərin veteran forvardı Zlatan İbrahimoviç zədə səbəbindən kənarda qalıb.
Fransa yığması
Qapıçı: Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”), Mayk Meyqnan (“Lill”);
Müdafiəçilər: Luka Din (“Everton”), Leo Dubois (“Lion”), Lukas Ernandes, Benjamin Pavar (hər ikisi “Bavariya”), Presnel Kimpembe (PSJ), Jül Kunde (“Sevilya”), Klemen Lanqle (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”);
Yarımmüdafiəçilər: Nqolo Kante (“Çelsi”), Tomas Lemar (“Atletiko”), Pol Poqba (“Mançester Yunayted”), Adrien Rabyo (“Yuventus”), Mussa Sissoko (“Tottenhem”), Sorentin Tolisso (“Bavariya”);
Hücumçular: Vissam Ben Yedder (“Monako”), Kərim Benzema (“Real”), Kinqsli Koman (“Bavariya”), Usman Dembele, Antuan Qrizmann (hər ikisi “Barselona”), Olivye Jiru (“Çelsi”), Kilian Mbappe (PSJ), Markus Türam (“Borussiya”, Mönhenqladbax).
İsveç yığması
Qapıçılar: Karl-Yohan Yonsson (“Kopenhagen”), Kristoffer Nordfeldt (“Gənclərbirliyi”), Robin Olsen (“Everton”);
Müdafiəçilər: Emil Kraft (“Nyukasl”), Viktor Lindelöf (“Mançester Yunayted”), Markus Danielson (“Dalian Yifanq”), Martin Olsson (“Haken”), Lüdviq Auqustinsson (“Verder”), Pontus Yansson (“Brentford”), Filip Helander (“Reyncers”), Mikael Lüstiq (AİK), Andreas Qranqvist (“Helsinborq”);
Yarımmüdafiəçilər: Emil Forsberq (“Leypsiq”), Ken Sema (“Uotford”), Viktor Klaesson, Kristoffer Olsson (hər ikisi “Krasnodar”), Deyan Kuluşevski (“Yuventus”), Sebastian Larsson (AİK), Albin Ekdal (“Sampdoriya”), Yens-Lis Kayuste (“Midtyulland”), Mattias Svanberq (“Bolonya”), Qustav Svensson (“Quançjou”);
Hücumçular: Markus Berq (“Krasnodar”), Aleksander İsak (“Real Sosyedad”), Robin Quayson (“Mayns”), Yordan Larsson (“Spartak”, Moskva).
Qeyd edək ki, AVRO-2020-də İsveç E qrupunda İspaniya, Polşa və Slovakiya ilə, Fransa isə F qrupunda Macarıstan, Portuqaliya və Almaniya ilə mübarizə aparacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”