Dünya birinciliyində bürünc medal qazandı - boksçumuz
20.04.2021 - 20:36
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.
Apasport.az saytının məlumatına görə, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.
49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.
Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundaila 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0