İsveçdə keçiriləcək fiqurlu konkisürmə üzrə mövsümün bütün yarışları ləğv edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İsveç Fiqurlu Konkisürmə Federasiyası verib.
Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. Qurum bu qərarı bayrağı altında keçirilən turnirlərlə bağlı verib.
Martın 22-28-də baş tutmalı olan dünya çempionatının taleyi isə qaranlıq qalıb. Mundial rəsmən ləğv edilməsə də, təşkili də təsdiqlənməyib. Azərbaycan idmançılarının da qatılacağı çempionat barədə yekun qərarı Beynəlxalq Konkisürmə İttifaqı (İSU) verəcək.
Qeyd edək ki, bir müddət əvvəl İSU tərəfindən Xorvatiyanın Zaqreb şəhərindəki Avropa çempionatı, həmçinin gənclərin dünya çempionatı və dörd qitə çempionatı ləğv olunub.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”