Oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçiriləcək.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, mindialda Azərbaycan milli komandası da iştirak edəcək.
Məşqçilər korpusu dünya çempionatında 9 boksçuya şans verəcək. Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.
Oktyabrın 21-də səfərə yollanacaq komandamız təlim-məşq toplanışını son günədək davam etdirəcək.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2,6 milyon dollar mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib