Dünyada 14-cü – yalnız 4 ölkə təmsilçisindən geridə
30.03.2021 - 15:51
Dünyada 14-cü – yalnız 4 ölkə təmsilçisindən geridə

Fiqurlu konkisürmə üzrə dünya çempionatından sonra qadın idmançıların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Fiqurlu Konkisürmə İttifaqının (İSU) siyahısında Azərbaycan təmsilçisi də ilk “20-liy”ə düşüb.

Yekatetina Ryabova qadınların mübarizəsində dünyanın 14-cüsüdür. Onun 211,1 xalı var.

Azərbaycan konkisürəni yalnız 4 ölkə təmsilçilərindən geri qalır. Ryabovanı qabaqlayan 13 idmançı arasında Rusiyanın 7, Yaponiyanın 3, Cənubi Koreyanın 2, ABŞ-ın 1 təmsilçisi var.

Cədvələ yaponiyalı Rika Kixira başçılıq edir – 419,6. Rusiyalılar Anna Şerbakova 372,6 xalla ikinci, Yelizaveta Tuxtamışeva 345,2 xalla üçüncüdür.