Azərbaycan güləşçiləri fiasko ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, sərbəst və qadın güləşi yığmamızın ardından yunan-Roma güləşçiləri də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya yarışlarını başa vurublar.
“Klassiklər”imiz Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində vur-tut bir lisenziya qazanıb. Buna da Rafiq Hüseynov imza atıb. Bununla da bu növ üzrə yığmamızın lisenziya sayı 2-yə çatıb. Rafiqə qədər İslam Abbasov da Yaponiya paytaxtına vəsiqə qazanmışdı.
Yunan-Roma yığmamız üçün bu anrirekordun təkrarıdır. Güləşçilərimiz yalnız 1996 və 2000-ci illərdə cəmi 2 nəfərlə təmsil olunub.
1996 – 2
2000 – 2
2004 – 3
2008 – 6
2012 – 5
2016 – 5
2020 - 1
“Klassiklər”in iki lisenziyası ilə Tokioda xalça üzərinə çıxacaq güləşçilərin ümumi sayı 7-yə çatıb. Daha öncə 3 sərbəst güləşçi və 2 qadın idmançı buna nail olmuşdu. Olimpiadada 7 nəfərlə təmsil olunmaq da antirekordun təkrarlanıb. Belə uğursuzluq 2004-cü ildə yaşanıb. 5 il öncə isə bu rəqəm 14-ə, indikindən ikiqat artıq olub. Lisenziyaların 50 faiz azalması isə fiaskodur.
1996 – 8
2000 – 9
2004 – 7
2008 – 16
2012 – 13
2016 – 14
2020 - 7
Qeyd edək ki, koronavirus səbəbindən 2020-ci ildən bir il sonraya təxirə salınan Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Yarışda güləş yığmamızı sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), Yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) təmsil edəcəklər.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”