Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam sona yaxınlaşır.
Apasport.az saytının məlumatına görə, altıncı yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub.
Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib.
Abubakr Abakarov səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Milli üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb.
61 kq
Təsnifat: İntiqam Vəlizadə - Arman Eloyan (Fransa) 2:3
74 kq
Təsnifat: Turan Bayramov - Vadim Kirilenko (Ukrayna) 6:0
1/8 final: Turan Bayramov - Çermen Valiyev (Rusiya) 3:8
86 kq
Təsnifat: Abubakr Abakarov - Səccad Qulami (İran) -:+
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Andrian Qrosul (Moldova) 8:0
1/4 final: Osman Nurməhəmmədov - Yohannes Mayer (Almaniya) 7:0
1/2 final: Osman Nurməhəmmədov - Əmirhüseyn Firuzpurbandpey (İran) 10:7
Final: Osman Nurməhəmmədov - Azamat Zakuyev (Rusiya)
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib