İkinci sprint yarışı başladı - “Formula-2”də
05.06.2021 - 18:17
İkinci sprint yarışı başladı - “Formula-2”də

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin növbəti yarışı start götürüb.

Apasport.az saytının məlumatına görə, pilotlar ikinci sprint yarışına başlayıblar.

Budəfəki yarış da 45 dəqiqədən ibarət olacaq və qalib saat 19:00-da müəyyənləşəcək. Günün birinci yarısında baş tutan ilk sprint yarışının qalibi “Prema” komandasının pilotu Robert Şvartzman olub.

Qeyd edək ki, sabah 12:45-də “Formula-2” üzrə yarışa start veriləcək.