İlk sərbəst yürüş başladı - “Formula-1”də
04.06.2021 - 12:30
Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşə start verilib.
Apasport.az saytının məlumatına görə, “Formula-2” pilotlarının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.
Saat 12:30-da start götürən birinci sərbəst yürüş bir saat çəkəcək. Komandalar saat 16:00-dan 17:00-dək ikinci sərbəst yürüşə qatılacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0