İtaliya millisinin heyətindən çıxarıldı – AVRO-2020
04.06.2021 - 11:10
İtaliya millisinin heyətindən çıxarıldı – AVRO-2020

İtaliya millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Stefano Sensi zədələnib.

Tibbi müayinənin ardından “İnter”in orta sahə oyunçusunun əzələsində problem aşkarlanıb. Bu səbəbdən Sensi AVRO-2020-nin iştirak ərizəsindən çıxarılıb. Onu kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin A qrupunda Türkiyə, İsveçrə və Uelslə mübarizə aparacaq.