Mester dünya çempionatında boksçumuza rəqib oldu
27.10.2021 - 09:31
Azərbaycan boksçusu Mirşərif Kazımzadənin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, 75 kq çəki dərəcəsində rinqə çıxacaq idmançı 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq.
Boksçumuzun rəqibinin adı bir gün öncə baş tutan döyüşlərdən sonra dəqiqləşib. 1/32 finalda Aaron Prinsi (Trinidad və Tobaqo) 4:1 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi mərhələ adladığından Kazımzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz Mesterlə oktyabrın 30-da döyüşəcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0