Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.
Apasport.az saytının məlumatına görə, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
56 kq çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov 1/16 final mərhələsi çərçivəsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”