Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.
APA-nın məlumatına görə, bununla bağlı Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.
“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə Mehriban Əliyeva qeyd edib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb