Olimpiadaya buraxılmadı - daha iki idmançı
23.07.2021 - 11:49
Koronavirus pandemiyası daha iki idmançının Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxmasına səbəb olub.
Apasport.az saytının məlumatına görə, bunu Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb.
Çimərlik voleybolu üzrə Çexiya cütlüyü yarışdan kənarda qalıb. Bunlar Barbara Hermanova və Marketa Slukovadır. Onların qrupdakı rəqiblərinə texniki qələbələr veriləcək.
Qeyd edək ki, daha öncə meksikalı taekvondoçu Fernanda Aqirre və niderlandlı skeytbordçu Kendi Ceykobs da eyni səbəbdən Olimpiada ilə vidalaşıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0