Tokio-2020 Yay Olimpiya Oyunlarının başa çatan cüdo yarışlarından sonra dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üç idmançısı “Top-10”da yer alıb.
Ən yaxşı təmsilçilərimizdən biri Rüstəm Orucov 7157 xalla dünya üçüncüsüdür. 73 kq çəkidə Olimpiadanın 5-cisi olan cüdoçumuz reytinqinə 792 xal əlavə edib. O, Tokio-2020-də medalsız qalması üzündən bir pillə geriləyib.
Yaponiyada cüdoçularımızın yeganə medalını qazanan İrina Kindzerska bürünc sayəsində reytinqinə 1100 xal əlavə edib. +78 kq çəkidəki təmsilçimiz aktivini 7314-ə çatdırsa da, dünya sıralamasında 3-cü pillədə qalıb.
100 kq çəkidə 9-cu olan Zelim Kotsoyevin də mövqeyi dəyişməz qalıb. 5097 xala malik legionerimiz Tokio-2020-də reytinqini artıra bilməyib.
Qeyd edək ki, “Top-50”dəki digər cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq, 15-ci yer) iki, Hidayət Heydərov (73 kq, 13-cü yer), Nicat Şıxəlizadə (66 kq, 24-cü yer), Aişə Qurbanlı (48 kq, 35-ci yer) və Leyla Əliyeva (48 kq, 38-ci yer) hərəyə bir pillə geriləyibsə, digərlərinin mövqeyi dəyişməz qalıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib