Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb.
Apasport.az saytının məlumatına görə, yarışa IX oyunları ilə yekun vurulub.
Azərbaycanın kişilərdən ibarət yığması Fransa ilə qarşılaşıb. Qədir Hüseynovun istirahət etdiyi turda Şəhriyar Məmmədyarov məğlubiyyətə üzülüb. Alireza Firuzcanın qələbəsi sayəsində fransızlar turu qalib kimi bitirib. Yekunda komandamız Avropa çempionatını 5-ci yerdə başa vurub.
Qadın millimiz isə Niderlandla görüşüb. Xanım Balacayevanın iştirak etmədiyi qarşılaşma komandamız üçün uğurlu alınıb. Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva son görüşünü qələbə ilə yekunlaşdırıb. Nəticədə yığmamız qarşılaşmanı aktivinə yazaraq, yarışı bürünc medalla başa vurub.
Avropa çempionatı, IX tur
21 noyabr
Kişilər
Fransa - Azərbaycan - 2,5:1,5
Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov - 0,5:0,5
Maksim Laqarde - Rauf Məmmədov - 0,5:0,5
Jil Mussar - Nicat Abbasov - 0,5:0,5
Turnir cədvəli: 1. Ukrayna - 14 xal, 2. Fransa – 14, 3. İspaniya -13... 5. Azərbaycan – 12
Qadınlar
Azərbaycan - Niderland - 2,5:1,5
Günay Məmmədzadə - Jaogin Penq - 1:0
Gülnar Məmmədova - Elin Roebers - 0:1
Ülviyyə Fətəliyeva - Maçteld Van Forest - 1:0
Gövhər Beydullayeva - Tea Lançava - 0,5:0,5
Turnir cədvəli: 1. Rusiya – 19, 2. Gürcüstan - 15, 3. Azərbaycan – 12.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib