Qələbə qazanan paralimpiyaçılarımızı təbrik etdi - Mehriban Əliyeva
29.08.2021 - 17:54
“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstaqram" səhifəsində yazıb.
“Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, - deyə Birinci vitse-prezident qeyd edib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0