Qadın şahmatçılar arasında Cəbəllütariq Qran-Prisinin təqvimi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, FİDE Qran-Prisinin dördüncü – sonuncu mərhələsi “Kaleta” otelində baş tutacaq.
2021-ci il yanvarın 17-29-da keçiriləcək turnirdə 12 şahmatçı mübarizə aparacaq. Azərbaycan təmsilçisi Günay Məmmədzadə da turlar üzrə rəqiblərinin adlarını tanıyıb.
Reytinqinə əsasən (2443) yarışın sonuncusu olan şahmatçımız ayın 18-dəki ilk turda Antoaneta Stefanova (Bolqarıstan, 2466), ertəsi gün Sarasadat Xademalşariehə (İran, 2494) qarşı ağ fiqurlarla oynayacaq. Günay sonrakı tək turlarda qara, cüt turlarda ağlarla mübarizə aparacaq.
Beynəlxalq ustamız yanvarın 20-də Jansaya Abdumalik (Qazaxıstan, 2478), 21-də Mariya Muzıçuk (Ukrayna, 2544), 22-də Nana Dzaqnidze (Gürcüstan, 2524), 23-də Alina Kaşlinskaya (Rusiya, 2494) ilə üz-üzə gələcək. Bir günlük istirahətdən sonra Günay ayın 25-də Valentina Qunina (Rusiya, 2451), 26-da Katerina Laqno (Rusiya, 2546), 27-də Anna Muzıçuk (Ukrayna, 2535), 28-də Dinara Saduakassova (Qazaxıstan, 2500), son turda Elisabet Petsilə (Almaniya, 2467) qarşılaşacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”