Sabah 2021-ci ilin son böyük şahmat turniri start götürəcək.
Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada rapid və blits üzrə dünya çempionatı baş tutacaq.
Dünyanın ən güclü şahmatçılarının qatılacağı dünya çempionatında Azərbaycanı kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Vüqar Əsədli və Xəzər Babazadə təmsil edəcəklər.
Qadınların mübarizəsində isə Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva qüvvəsini sənayacaq.
Dekabrın 30-dək keçiriləcək turnirdə kişilərin yarışında qalib 60 min dollar, qadınların mübarizəsində isə birinci yeri tutacaq qrossmeyster 40 min dollar qazanacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib