Şahmatçıların FİDE reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sentyabr reytinqində bəzi dəyişikliklər olub.
“Top-100”də Azərbaycanın 4 kişi şahmatçısı yer alıb. Millimizin ən yaxşısı Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci yerdə qalıb.
Ondan fərqli, Teymur Rəcəbov 1 rəqibini özündən irəli buraxıb. Qrossmeysterimiz 2763 xalla 13-cü pilləyə enib.
3 pillə geriləyən Rauf Məmmədov (2673) 61-ci, 7 rəqibindən aşağı düşən Qədir Hüseynov (2665) 74-cüdür.
Millimizdən ayrılmasına baxmayaraq, təmsilçimiz kimi göstərilən və son siyahıda 75-ci olan Arkadi Naydiç isə “Top-100”ü tərk edib.
Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2855 xal. Dinq Lirenin (Çin) 2799 xalla ikinci pilləyə qalxdığı siyahıda Fabiano Karuana (ABŞ) 2791 xalla üçüncü yerə düşüb.
Qadın şahmatçılar sırasında isə yenə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2459 xalla 25-ci yeri qoruyub. 3 pillə irəliləyən Gülnar Məmmədova 2395 xalla 64-cüdür. Mövqeyini qoruyan Xanım Balacayeva yenə 91-ci sırada qərarlaşıb – 2369 xal.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2604) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib