Su idman növləri üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yarışda Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə başlayıb.
Təmsilçilərimiz kişilərin batterflyay üsulu ilə 200 metr məsafəyə üzmə yarışında start xəttinə çıxıblar. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Maksim Şemberevlə Ramin Vəlizadə təsnifat mərhələsində müxtəlif qruplarda yer alıb.
2-ci “onluq”da çıxış edən Maksim 8-ci yerlə kifayətlənib. O, finişə 1 dəqiqə 59,76 saniyəyə çatıb.
Sonuncu qrupda yarışan Ramil isə elə son sıranı tutub. 10-cu olan üzgüçümüz məsafəni 2 dəqiqə 4,80 saniyəyə qət edib.
Yekun nəticədə Maksim 36 iştirakçı arasında 28-ci olubsa, Ramil 33-cü sırada qərarlaşıb. Hər iki təmsilçimiz yarımfinala vəsiqə qazana bilməyib.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”