Qadın güləşi üzrə millimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.
Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.
Fevralın 25-dək davam edəcək toplanış "Konça-Zaspa" Olimpiya Kompleksində keçirilir. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.
Qeyd edək ki, məşqlər başa çatdıqdan sonra komandamızın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”