Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.
Apasport.az saytının məlumatına görə, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin Əli Qurbanov” bağlığı altında paylaşım da edilib.
Artıq Əli yeni komandasının heyətində debüt edib. Velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.
Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçimizdir – Elit yığmamızın kapitanı Elçin Əsədov artıq 2-ci mövsümdür ki Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib