Vətən müharibəsində iştirak edən idmançıların müalicəsi ilə bağlı açıqlama - Şəfəq Hüseynlidən
22.12.2020 - 12:50
Vətən müharibəsində iştirak edən idmançıların müalicəsi ilə bağlı açıqlama - Şəfəq Hüseynlidən

“Vətən müharibəsində idmançılarımız aktiv iştirak ediblər”.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, yaralı idmançıların qadağan olunmuş maddələrdən istifadəsi mümkündür: “Bizdə olan məlumata görə, 478 idmançı Vətən müharibəsində iştirak edib, onlardan 54-ü şəhid olub, 51-i yaralanıb. Yaralı idmançıların müalicəsi zamanı qadağan edilmiş maddələrdən istifadəsi ehtimalı var. Ümumiyyətlə, idmançılar belə halda əvvəlcədən məlumat verməlidirlər. Amma müharibə şəraiti tam fərqlidir. Yaralı idmançılarımızın öncədən məlumat vermək imkanları olmur. Onlar sonradan AMADA-nı məlumatlandıra bilərlər”.