“Şəhriyar Məmmədyarovla ilk oyun çətin keçdi. Sonrakı oyunda az qalsın məğlub olacaqdım. Amma daha sonra macarıstanlı şahmatçı Riçard Rapporta armaqeddonda qalib gəldim. Belə bir nüfuzlu yarışın qalibi olduğuma görə çox sevinirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Vüqar Həşimov Memorialı-2021”in mətbuat xidmətinə müsahibəsində turnirin qalibi ABŞ təmsilçisi Fabiano Karuana deyib.
Vüqar Həşimovun xatirəsinə həsr olunan super turnirin bundan sonra da təşkil olunmasının əhəmiyyətini qeyd edən şahmatçı deyib: “Vüqar Həşimovun xatirəsinə həsr olunan super turnir ötən il pandemiya ilə əlaqədar keçirilmədi. Sevinirik ki, bu nüfuzlu yarış bu il təşkil edilib və bundan sonra hər il təşkil olunacaq. Blits və rapid üzrə oyunlar bir qədər çətin olsa da, maraqlı və gərgin rəqabət şəraitində keçdi. Belə bir yarışda iştirakdan məmnunam”.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib