Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstəriblər.
Qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yeri tutub.
40-49 yaşlı kişilərin turniri Zaur Mikayılovun qələbəsi ilə nəticələnib. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 yaş və yuxarı yaş qrupunda 1-ci olub. Qoşa turnirdə isə, Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə çalıb. Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib