Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.
Ölkəmizin idman şərəfini 11 cüdoçu qoruyacaq. Məşqçilər korpusu turnirdə Rəşad Baxışəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi 66 kq), Rüfət Şövlətov, Zaməddin Poladov (hər ikisi 73 kq), Kərim Məmmədov, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər üçü 81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirliyə (100 kq) şans verəcək.
Yarışda 27 ölkədən 280 (185 kişi, 95 qadın) idmançının iştirakı gözlənilir.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib