Kişi karateçilərdən ibarət Azərbaycan yığması dünya çempionatında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, komanda yarışında mübarizə aparan millimiz 3-cü yer uğrunda qarşılaşmaya çıxıb.
Heyətində Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlinin yer aldığı yığmamız Özbəkistanla üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə məğlub edən komanda mundialı 3-cü yerdə başa vurub.
Xorvatiya (2:2), Hindistan (3:0), Yaponiya (3:0) və Serbiya (1:3) ilə görüşlərdən sonra təsəlliverici qarşılaşmada Şimali Makedoniyanı (3:0) məğlub edən millimiz bununla da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, fərdi yarışlarda kişilərdə Asiman Qurbanlı (+84 kq) bürünc, qadınlarda İrina Zaretska (68 kq) qızıl medal qazanıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək