22 yaşadək boksçulardan ibarət Azərbaycan yığması hazırlıqlarını davam etdirir.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız bugünkü məşqinə 1 dəqiqəlik sükutla başlayıb.
Məşqçilər və boksçular Xocalı şəhidlərinin xatirəsini yad ediblər. Millimizin böyük məşqçisi Nəriman Abdullayev gənc idmançılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edərək, burada yaşayan azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat verib. Şəhidlərimizə Allahdan rəhmət diləyən çalışdırıcı qeyd edib ki, onların qanı bu gün yerdə qalmayıb.
Komanda ardınca U-22-lər arasında Avropa çempionatı üçün məşqlərini davam etdirib.
Qeyd edək ki, qitə birinciliyi martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib