İdmanın ayrı-ayrı növləri üzrə ən yaxşı ölkələrin siyahıları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qlobal reytinqdə planetin 38-cisi olan Azərbaycan yalnız 7 idman növündə xal qazanıb.
Olimpiya və dünya çempionatlarındakı uğurları olan ölkəmiz məhz bu növlər üzrə siyahılarda da yer alıb. Azərbaycan 2021-ci ildə dörd idman növündə dünyanın liderləri sırasında, yəni “Top-10”da olub.
Ən yaxşı nəticə yunan-Roma güləşi bağlıdır. Pəhləvanlarımız planetin ikincisi adına şərikdir. Yalnız İrandan geri qalan ölkəmiz Macarıstan və Gürcüstan şərikdir.
“Klassik”lər kimi boksçularla bədii gimnastlar da 2021-ci ildə azarkeşlərimizi sevindiriblər. Bu idman növlərində dünyanın 8-cisi olan Azərbaycan yalnız 7 ölkədən geri qalır.
Karate Azərbaycanın aktivinə ən çox xal gətirən idman növü olsa da, ölkəmiz dünyada 9-cu yerdə qərarlaşıb.
Yunan-Roma güləşi – 87-ci yer – 2-4-cü yerlər
Boks – 87 xal – 8-ci yer
Bədii gimnastika – 10 xal – 8-ci yer
Karate – 148 xal – 9-cu yer
Sərbəst güləş – 65 xal – 12-ci yer
Tamblinq – 8 xal – 13-16-cı yerlər
Cüdo – 65 xal – 17-ci yer
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib