Avropa çempionatında 39 şahmatçımız iştirak edəcək
05.11.2022 - 11:02
Azərbaycan şahmatçıları Antalyaya yollandı
Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.
Apasport.az saytının məlumatına görə, qitə birinciliyində 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında ən güclü şahmatçılar müəyyənləşəcək.
Azərbaycanı yarışda 39 şahmatçı təmsil edəcək.
Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq.
Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0