Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
01.03.2024 - 13:41
Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2024” beynəlxalq reqatasını 2-ci dəfə rəsmi təqvim planına daxil edib.
Apasport.az bu barədə ECA-nın rəsmi saytına istinadla xəbər verir. İştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər.
Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.
Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0