Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal qazanıb.
Apasport.az-ın xəbərinə görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Mirxaliq İsgəndərov (55 kq) qızıl, Əhməd Rüstəmov (50 kq), Ayxan Mirzəzadə, Fərid Qarayev (hər ikisi 55 kq) və Ümid Qurbanov (60 kq) bürünc medal qazanıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək