Bu gün Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatmanın fərdi yarışları başa çatacaq.
Apasport.az saytının məlumatına görə, kişilər şpaqada güclüləri müəyyənləşdirir.
Azərbaycan yığmasının üzvləri də mükafatlar uğrunda mübarizəyə qoşulub. Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov qrup mərhələsinə start verib.
Ruslan dörd, Kənan iki qələbə qazanaraq pley-offa yüksəlib. Yığmamızın Krakovdakı bayraqdarlarından biri Barat isə mübarizəni erkən dayandırıb.
Bu nəticələr Həsənovu 1/32, Əliyevi 1/64 finala daşıyıb. Lakin sonuncu “64-lüy”ə yüksəlmək şansından yararlanmayıb. O, estoniyalı Ruslan Eskova 13:15 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
Həsənov 1/32 finalda isveçrəli Hadrien Favre ilə görüşüb. 14:15 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Qeyd edək ki, bu gün qadın sablyaçıların da fərdi yarışları baş tutacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək