Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən keçiriləcək Azərbaycan birinciliyinə rekord sayda idmançı qatılacaq.
Apasport.az xəbər verir ki, yarış 23-24 fevral tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Birincilikdə Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən çox avarçəkən mübarizə aparacaq. Bu da son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord göstəricidir.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Eyni zamanda fərqlənən idmançılar mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edərək, yığmanın heyətinə cəlb ediləcəklər.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb