Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərinin iştirak etdiyi yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb.
14 çəki dərəcəsi üzrə keçirilən turnir 7 gün davam edib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayil Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb