Azərbaycan klubları Ronaldo uğrunda mübarizədə - SON DƏQİQƏ
19.03.2026 - 10:59
Azərbaycan klubları Ronaldo uğrunda mübarizədə  - SON DƏQİQƏ

“Sumqayıt” transfer çalışmalarına start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Ronaldo Vaskesi komandada saxlamaq niyyətindədir.

Müqaviləsi yayda bitən futbolçuya yeni sözləşmə təklif edilib. Lakin hücumçu bu təklifə cavab verməyib.

Onun xidmətində “Zirə” də maraqlıdır. “Qartallar” futbolçuya ikiqat maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Romaldo "Sumqayıt"a 2025-ci ilin yanvar ayında qoşulub.