Bakı Su İdman Sarayında üzgüçülük üzrə Azərbaycan kubokuna start verilib.
Apasport.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrindən 200 FİNA xalına malik 120-yə yaxın idmançı iştirak edir.
Turnirin açılış mərasimində ölkənin müxtəlif bölgələrindən və idman cəmiyyətlərindən olan üzgüçülərin paradı təşkil edilib. Yarışda iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, yarış 4 gün davam edəcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb