Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarovla Qədir Hüseynov qələbə qazanıb. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək