Azərbaycan millisi Litvaya yollandı
02.01.2024 - 12:50
Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət komandamız bu gün Litvanın Şaulyay şəhərinə yola düşüb.
Apasport.az Voleybol Federasiyasına istinadla xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək.
Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
- AFFA İntizam Komitəsinin iclası keçirilib
- Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək
- Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
- Elçin Məsiyev dünya çempionatına təyinat alıb
- Premyer Liqa klubu üçün seminar
0
0