Dünya Taekvondosunun Qala gecəsi keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
İngiltərənin Mançester şəhərində təşkil olunan mərasimdə ilin ən yaxşılarının adları açıqlanıb. Qala gecədə ölkəmiz Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədovla təmsil olunub. Tədbirdə, həmçinin parataekvondo üzrə millimizin baş məşqçisi Fərid Tağızadə, parataekvondoçular Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) də iştirak ediblər.
Qala gecəsində ATF rəsmisi Hikmət Səmədov Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu ilə görüşərək ölkəmizdə taekvondonun daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb